Orduda kazarma təmiri ilə bağlı şok məlumatlar – Video

orduda-kazarma-temiri-ile-bagli-sok-melumatlar-video
Oxunma sayı: 681

Ordu zabitləri silahlı qüvvələrin Beyləqanda yerləşə «N» saylı hərbi hisəsində baş verən neqativ hallarla bağlı maraqlı məlumatlar veriblər. Mənbə bildirib ki, briqadada hökm sürən acınacaqlı vəziyyətdən nə korpus nə də, briqada komandirinin xəbəri var. Füzuli rayonu ərazisində, Haramı düzündə düşmən səngəri ilə üz-üzə dayanan əsgərlər çətin vəziyyətlə üzləşib. Kazarma qasırğa nəticəsində dağılsa da, təmir edilməyib. Məcburiyyət qarşısında qalan bölük və tağım komandirləri öz əmək haqqı kartalarını girov qoyaraq tikinti materialları alıb kazarmanı təmir etdiriblər.

Bölük komandiri kapitan Ramin Qasımov, tağım komandiri leytenant Əsgər Əsgərov, üçüncü tağım komandirinin müavini gizir Şahlar Rzayev bildirdilər ki, güclü külək onların və əsgərlərin kazarmasını və başqa xidmət otaqlarını yararsız hala salıb. Dəfələrlə briqada komandiri ilə görüşüb, problemi yoluna qoymaq istəsələr də, buna nail ola bilməyiblər. Belə ki, tabor komandiri mayor Elmir Quliyev hərbçilərin komandirlə görüş istəyinə imkan verməyib. Onlardan tələb edib ki, kazarmanı və digər yardımçı obyektləri öz maaşlarından, ya da əsgərlərin aylıq pullarından yığaraq, düzəltsinlər.

Kapitan Qasımov deyir ki, əmək haqqı kartı hal-hazırda Beyləqandakı inşaat materialları mağazasında girovdur: «Tikinti materiallarının əvəzində mənim və başqa yoldaşlarımın maaş kartları həmin mağazada saxlanılır. Mənim ailəm Beyləqanda kirayədə yaşayır. Bu gün mən nə özümün, nə də ailəmin təminatını ödəyə bilmirəm. Əlacsız qalıb, qəzetiniz vasitəsi ilə Ali Baş Komandan İlham Əliyevə müraciət edirəm. Mən düşmənlə üz-üzə dayanıb, vətən torpağını qoruyuram. Bunun əvəzində isə aldığım maaşın kartı hansısa mağazada girvdadır. Artıq boğaza yığılmışıq. İndiyə qədər hər uçuq-söküyü öz hesabımıza edirdik. Kazarmanı da ilk dəfə öz şəxsi hesabımı tikmişəmi. Evin tək övladı olsam belə mən vətənə xidmət etməyi seçdim. Orduda elə bir vəziyyət yaranıb ki, əsgərlərə vətənpərvərlik hislərini aşlaya bilmirik».

Bölük komandiri deyir ki, hərbi hissəyə gələn yollar bərbad durumdadır. Buna səbəb isə məmurların on min hektarlarla ərazini zəbt etməsidir. Onun sözlərinə görə, döyüş təlimləri ərazilərində taxıl zəmiləri salınıb.

Tağım komandiri leytenant Əsgər Əsgərov da bölük komandirinin fikirlərini təsdiqlədi. Ə.Əsgərovun sözlərinə görə, onlar da aylıq məvaciblərini evlərinə, ailələrinə xərcləmək əvəzinə kazarmanın problemlərinə yönəldirlər.

Hərbçilər daha sonra bildirdilər ki, bölüyün içməli su problemi var. «Demək olar ki, burada su içmək yayda qar tapmaq kimi bir şeydir».

Sonda hərbçilər Müdafiə Nazirliyinin kazarmanın təmirinə qoyduqların xərcin mağazaya ödənilməsini və əmək haqqı kartlarının özlərinə qaytarılmasını tələb etdilər.

“Bizimyol” qəzeti

orduu(1)_clip0.flv