Partiya hakimiyyətdən tələb etdi

partiya-hakimiyyetden-teleb-etdi
Oxunma sayı: 635

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir: “Son dövrlər Azərbaycanda müstəqil mətbuata qarşı təzyiqlər artmaqdadır. Bu təzyiqlər “Xural” qəzetindən də yan keçməmiş, qəzet məhkəmələrə çəkilmiş, əmlakı müsadirə olunmuş və bunun da nəticəsində fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. Oktyabr ayının 28-də isə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Nəsimi rayon məhkəməsində onun barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilmişdir.

Klassik Xalq Cəbhəsi Partiyası “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs edilməsini qəti şəkildə pisləyir, bunu müstəqil mətbuata, azad sözə qarşı basqı hesab edir, bu təzyiqlərin dayandırılmasını və Əvəz Zeynallının dərhal azad olunması tələb edir”.