Partiya sədrindən İsmayıl Ömərova dəstək

partiya-sedrinden-ismayil-omerova-destek
Oxunma sayı: 644

Amma bir tək onu dəqiq bilirəm ki, İsmayıl Ömərov həmin insanların ən başda gedənlərinindəndir. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev dünən Milli Məclisin tribunasından İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərova ünvanlanan ittihamlara cavab olaraq bildirib

“Bəli, bu ölkədə tənqid olunması gərəkən TV-lər və verilişlər “en”qədərdir. Onlar həqiqətən hədəfə alınmalıdır, təpkilər bildirilməlidir. Alınır da! Bildirilir də!

Və elə məhz bu kontekstdə diqqət yetirilməsi gərəkən digər bir ciddi nüans da var: Həmin o adını çəkdiyim TV-lərin içində İctimai Televiziya bəlkə də tək-tüklərdəndir ki, bayağılığa getmir, Zaur Baxşəliyevləri, Elgizləri efirə buraxmır. Ən nəhayət öz balansını, səviyyəsini, sanbalını qoruyur.

İsmayıl müəllimin nə fəaliyyətində, nə də ruhunda diktatura yoxdur. Ola da bilməz!
Çox böyük hörmətim var o insana”