Prezident Rövşən Bayramov və Emin Əhmədovu təbrik etdi

prezident-rovsen-bayramov-ve-emin-ehmedovu-tebrik-etdi
Oxunma sayı: 651

Rövşən Bayramov və Emin Əhmədovun qələbələrindən sonra prezident İlham Əliyev yunan-Roma güləşi üzrə Azərbaycan seçmə komandasının baş məşqçisi Saleh Bora ilə görüşüb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, İlham Əliyev Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirmiş, baş məşqçidən uğurlu çıxışlarına görə Rövşən Bayramova və Emin Əhmədova da təbriklərini çatdırmağı xahiş edib.