Prezident üçün sığıncaq tikilir

prezident-ucun-sigincaq-tikilir
Oxunma sayı: 698

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, prezident sarayının baxçasında hansı məqsədlə qazıldığı bilinməyən 30 metr enindəki çala dünya mətbuatının diqqətini çəkib. Baxçanın qərb tərəfində davam edən inşaat işləri 17 ay əvvəl başlayıb. Ancaq hadisəni araşdıran jurnalistlər qazılan çalanın nə olduğu barədə dəqiq məlumat ala bilməyiblər. Çuxurun hovuz olaraq tikiləcəyini qeyd edənlər olsa da buranın “gizli tunel” olacağını düşünənlər də var. Tikintidə işləyənlərin də inşaatın vəziyyəti ilə bağlı dəqiq məlumatları yoxdur. Görülən işlərin Ağ Evin ventilyasiya sistemi üçün aparıldığını deyənlər da var. Ancaq ən güclü arqument hücum zamanı prezidentin ölkəni idarə etmək üçün sığınacaq kimi istifadə ediləcəyi fikri üzərində qurulub.