Prezidentliyə namizədin ofisi yandırıldı

prezidentliye-namizedin-ofisi-yandirildi
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, xəbəri yerli telekanallara istinadən “Reuters” agentliyi yayıb.

Yerli mətbuat xəbər verir ki, Şəfiqin mənzil-qərargahını onun seçkilərin ikinci turuna keçməsinə etiraz edən aksiya iştirakçıları yandırıblar.

Hadisədə xəsarət alanlar barədə məlumat verilməyib. Yanğın zamanı dəyən maddi ziyanın miqyası araşdırılır.

Əhməd Şəfiq Hüsni Mübarəkin hakimiyəti dövründə Misirin baş naziri postunu tutub. Misir əhalisinin bir hissəsi Əhməd Şəfiqin prezident seçkilərinin ikinci turuna keçməsindən narazıdır.

Qeyd edək ki, Misirdə prezident seçkilərinin ikinci turu iyunun 16-17-də keçiriləcək. Əhməd Şəfiqin bu turda rəqibi “Müsəlman qardaşlar” hərəkatından olan namizəd Məhəmməd Mursidir.