Puldan təyyarə düzəldib şəhəri qarışdırdı-Fotolar

puldan-teyyare-duzeldib-seheri-qarisdirdi-fotolar
Oxunma sayı: 700

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, həftəsonu maraqlı məşğuliyyət axtaran milyoner şəhərin mərkəzindəki ofisinin pəncərəsindən təxminən 10 ədəd 5 min rublluq banknotlardan təyyarə düzəldərək uçurub.

Pəncərənin altına toplaşan kütlə pulları toplamağa başlayır. Durov və dostları isə pul üstündə bir-biri ilə savaş girən kütləni izləyib. Yaranan qarışıqlıqda zədə alanların da olduğu deyilir.

Hadisə şahidləri isə mənzərəni belə təsvir etdilər: “İnsanlar “heyvana dönmüşdü, banknotlara hücum edirdilər. Bir-birilərinin burunlarını qırdılar, meymun kimi yol kənarındakı lampalara çıxdılar”.

Durov isə hadisədən sonra tvitter hesabında, “ tez bitirmək məcburiyyətində qaldıq, insanlar heyvana dönmüşdülər”, yazaraq reaksiya verib.