Qadın güləşçimiz bürünc qazandı - 7-ci medal

qadin-gulescimiz-burunc-qazandi-7-ci-medal
Oxunma sayı: 659

27 yaşlı olimpiyaçımız rəqibini hər iki hissədə üstələyərək qələbə qazanıb və 1/4 finala adlayıb.

Güləşçimizin bu mərhələdəki rəqibi yapon Saori Yoşidadır. Oyun Bakı vaxtı ilə saat 18:24-də başlayacaq.

***
1/4 finalda yaponiyalı idmançıya 2-0 hesabı ilə məğlub olan Yuliya Ratkeviç qızıl şansını itirsə də bürünc qazanmaq imkanı hələ ki, qalır.

***
İdmançımız bürünc medal uğrunda rusiyalı Valeriya Jolobovanı 2-0 hesabı ilə məğleb edərək bürünc medala sahib oldu.

Qeyd edək ki, Yuliyaya qədər Azərbaycanın hesabında 6 medal: Valentin Xristov (56 kq) bürünc medal, Rövşən Bayramov (55 kq) yunan-roma güləşində gümüş, Emin Əhmədov (74 kq) isə bürünc medal, Mariya Stadnik (48 kq) qadın güləşində gümüş medal var idi.

Daha iki idmançımız isə Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özləri üçün təmin ediblər.

Ceyhun Əhmədov