“Qalatasaray” üçün çətin təqvim

qalatasaray-ucun-cetin-teqvim
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi məlumata görə, yeni mövsüm avqustun 18-də start götürəcək.
Əvvəlki kimi 18 komandanın iştirak edəcəyi çempionatda bu il “Kasımpaşa”, “Elazığspor” və “Akhisar Belediye Gençlik ve Spor” elitaya yüksəlib.
Çempionatın ilk dövrəsi bu il avqustun 18-dən dekabrın 23-nə, ikinci dövrəsi isə 2013-cü il yanvarın 20-dən mayın 19-na qədər davam edəcək.
Təqvimə əsasən ilin ilk derbisi 2-ci turda oynanılacaq. “Qalatasaray” evdə “Beşiktaş”ı qəbul edəcək. Püşkün “cim-bom” üçün düşərli alınmadığını da söyləmək olar. Belə ki, “sarı-qırmızılılar” son 2 turda ardıcıl olaraq “Fənərbaxça” və “Trabzonspor”la qarşılaşacaq.

1-ci tur
Karabükspor - Trabzonspor
Qalatasaray - Kasımpaşa
Elazığspor – Fənərbaxça
İstanbul BB - Beşiktaş
Kayserispor - Bursaspor
Eskişehirspor - Akhisar Bld
Qaziantepspor - Sivasspor
Gənclərbirliyi - Manisaspor
Mersin İdmanyurdu - Orduspor

Ceyhun Əhmədov