“Qalatasaray” və “Fənərbaxça” Bakıya gələsi olmadı

qalatasaray-ve-fenerbaxca-bakiya-gelesi-olmadi
Oxunma sayı: 651

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Qalatasaray”la “Fənərbaxça” arasında olacaq qarşılaşma avqustun 11-də oynanılacaq.

Bir müddət əvvəl əzəli rəqiblər arasındakı görüşün Bakıda keçiriləcəyi iddiası ortaya atılsa da, bu, reallaşmayıb. Matç Ərzurum şəhərində keçiriləcək.

Qeyd edək ki, bu mövsüm Türkiyədə ölkə çempionu “Qalatasaray”, ölkə kubokunun sahibi isə “Fənərbaxça” olub.

Ceyhun Əhmədov