Qazaxlar da ayağa qalxdı - Video

qazaxlar-da-ayaga-qalxdi-video
Oxunma sayı: 634

Qazaxıstanın qərbində Janaozen şəhərində kütləvi iğtişaşlar başlayıb. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, burada artıq yarım ildir ki, maaşlarının səviyyəsindən narazı olan neftçilərin kütləvi etiraz aksiyaları keçirilir.

Prokurorluq məlumat verib ki, şəhərin mərkəzi meydanında ölkənin müstəqillik gününə həsr edilən bayram tədbiri dağıdılıb. İki polis əməkdaşı isə bədən xəsarətləri alıb.

Müşahidə orqanı isə sosial şəbəkələrdə yaralılar və ölənlərin olması haqda xəbərləri təkzib edib: “Kütləvi iğtişaşlarla bağlı cinayət işi qaldırılıb, Qazaxıstan Daxili İŞlər Nazirliyinin rəhbərliyi ilə istintaq qrupu yaradılıb”.

Qazaxıstanın baş prokurorluğu Janaozen şəhərinin sakinlərindən müvəqqəti olaraq izdihamlı yerlərə getməkdən çəkinməyə çağırıb

Səidə

kplustv.flv