“Qazon hazır vəziyyətdədir” - Açıqlama

qazon-hazir-veziyyetdedir-aciqlama
Oxunma sayı: 766

Bu barədə “Qafqazinfo”ya arenanın direktoru Akif İsmayılov açıqlama verib. A. İsmayılov stadionda işlərin böyük ölçüdə tamamlandığını bildirib: “Təmir işləri artıq başa çatıb. Stadion, demək olar ki, açılışa hazırdır. Bəzi kiçik problemlər qalıb ki, onları da yaxın zamanda həll edəcəyik. Yeni toxum səpildikdən sonra ot örtüyünü 10 dəfə biçmişik. Qazon hazır vəziyyətdədir”.

Mərkəzi arenanın direktoru stadionun açılış vaxtının dəqiq bilinmədiyini deyib: “Bu ay açılış olmalıdır. Amma dəqiq vaxt deyə bilmərəm. Açılış tarixi cənab nazir (Gənclər və İdman Naziri Azad Rəhimov nəzərdə tutulur) ölkəyə qayıtdıqda, avqustun 15-dən sonra dəqiqləşəcək. Onu deyim ki, sentyabrın 7-də Azərbaycan – İsrail oyunu 100 % burada keçiriləcək”.

Qeyd edək ki, Respublika stadionu keçən ilin oktyabr ayında təmirə bağlanıb. Stadionda əsaslı yenidənqurma işləri aparılıb. Tamaşaçı tutumu 29870 nəfərdən 31800-ə qədər artırılıb, tribunaların üstü örtülüb. Ailəvi oyun seyr etmək üçün 16 otaq tikilib. Həmçinin mətbuat üçün kompüterlərlə təchiz olunan 500 nəfərlik loja, VİP-restoran və VİP-yerlər düzəldilib. Bundan başqa, arenanın işıq sütunları təmir olunub və ot örtüyü, habelə drenaj sistemi yenilənib.

Ceyhun Əhmədov