Qəddafinin müraciəti yayıldı

qeddafinin-muracieti-yayildi
Oxunma sayı: 663

“Sarkozi Liviya neftini istəyir”, - Müammər Qəddafi bəyan edib. Onun sözlərinə görə, ölkənin dağıdılması yolunu tutmuş qiyamçılar Liviya xalqının nümayəndələri deyillər. Liyiya lideri xalqı “dağıdılmış şəhərlərə milyonluq yürüşə və qiyamçıları birdəfəlik yox etməyə” çağır. Qəddafi qiyamçıları “öz ölkəsini və dinini satanlar” adlandırıb. “Onların vaxtı bitib. Şəhərdən şəhərə siçovul kimi qaçırlar”, - Qəddafi müraciətində deyib.

“İnsanların mənim portretlərimi öpürlər. Mən millətin lideri, atasıyam”, - Liviya lideri qeyd edib.

CNN telekanalının məlumatından sonra Tripolidə atəş səsləri eşidilib.

Bu arada isə müxalifətin forpostu sayılan Benqazidə Tripolidəki xalq üsyanı münasibətilə bayram keçirilir. “Əl Cəzirə” telekanalının məlumatına görə, Benqazinin mərkəzi meydanında atəşfəşanlıqdır.