Qələbə qazansalar bu gözəli öpəcəklər - Fotolar

qelebe-qazansalar-bu-gozeli-opecekler-fotolar
Oxunma sayı: 649

“Qafqazinfo” Sportal.az-a istinadən xəbər verir ki, Poznan klubunun prezidenti İzabella Lukomska-Pizalska ölkə kubokunun "Visla" ilə oyunlarında qələbə qazanacaqları təqdirdə futbolçuların hər birini öpəcəyini vəd edib.

Ancaq futbolçuların mükafatı sadəcə keçmiş modelin öpüşləri olmayacaq. İzabella eyni zamanda, komandaya yüksək məbləğdə pul veriləcəyini də bildirib.

Qeyd edək ki, "Varta" ötən mövsüm çətinliklə də olsa, II liqada qalmağı bacarıb. Cari mövsümdə isə komandanın əsas hədəfi yüksək dəstəyə yüksəlməkdi.