Qərbi Azərbaycanda dağıntılar oldu

qerbi-azerbaycanda-dagintilar-oldu
Oxunma sayı: 656

“Media forum” saytının məlumatına görə, İran parlamentinin Xoy və Çaldıran şəhərlərindən seçilmiş deputatı Müvəyyid Hüseyni oktyabrın 24-də jurnalistlərə açıqlamasında əyalətin Türkiyə sərhədinə yaxın bölgələrində qeydə alınmış 6,5 bal gücündə zəlzələ haqda belə deyib: “100-ə yaxın kənd ciddi ziyan görüb. Ancaq ölənlərin və yaralıların sayı o qədər də çox deyil”.

Son məlumatlara görə, Türkiyədə 7,2 bal gücündə zəlzələdə ölənlərin sayı 220 nəfərə çatıb.