Qətlin səbəbləri məlum oldu

qetlin-sebebleri-melum-oldu
Oxunma sayı: 770

Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, söyüş üstündə baş verən qətli Elman Hüseynov ağlagəlməz ssenari ilə həyata keçirib.

Hadisədən əvvəl Elman Hüseynov Zabrat qəsəbəsində, İstilik yaşayış sahəsində qonşusu Həmid Niftiyevlə mübahisə edib. Həmid onun dünyasını dəyişən ailə üzvlərinin qəbrinə söyüb. Axşam saatlarında Elman qisas almaq məqsədilə Həmidi çağıraraq qəbristanlığa, söyülən ana və bacısının qəbrinin üstünə gətirib. Bıçaqla Həmidi hədələyərək qəbrləri silib-təmizləməyi göstəriş verib. Qəbirləri təmizlətdirdikdən sonra "İndi də qanınla qəbirləri yu" deyərək iki dəfə bıçaqla onun ürəyinə, bir dəfə isə qarnına xəsarət yetirərək polisə üz tutub.

Polis əməkdaşları hadisə yerinə gələn zaman Həmidin meyitini elə qəbir daşının üstündə qan içərisində aşkarlayıblar.