Qəza törədən “Mercedes” marketə girdi

qeza-toreden-mercedes-markete-girdi-
Oxunma sayı: 673

Bakı Quba yolunun 9-cu kilometrliyində Binəqədi rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı 1974-cü il təvəllüdlü Natiq Ələkbərovun idarə etdiyi “Mercedes” markalı avtomaşınla Ruslan Tağıyevə məxsus “Vaz 2109” markalı minik maşını toqquşub. “Jiquli” ilə toqquşan “Mercedes” daha sonra yaxınlıqda olan marketə daxil olub.

Qəza vaxtı “Mersedes”in sürücüsü və maşında olan iki nəfər sərnişin xəsarət alaraq xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib. Yaralıların vəziyyləri həkimlər tərəfindən stabil qiymətləndirilir. Bağlı olan marketdə gözətçidən başqa heç kimin olmaması baş verə biləcək böyük bir faciənin qarşısını alıb.

Hadisə nəticəsində isə marketin sahibinə külli miqdarda ziyan dəyib. Obyektdə quraşdırılan avadanlıqlar və satışda olan məhsullar yarasız vəziyyətə düşüb.

Qəza nəticəsində marketə daxil olan “Mercedes” hadisə yerinə çağırılmış evakuator vasitəsi ilə obyektdən çıxarılıb.

Yol nəqliyyat hadisəsi Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırılır. Qəzanın baş vermə səbəbləri təyin ediləcək avtotexniki və tibbi ekspertizaların rəyindən sonra məlum olacaq.

anspress