Qəzzafi vətənini tərk etdi

qezzafi-vetenini-terk-etdi
Oxunma sayı: 656

“Qafqazinfo”nun məlumatına görə, Fransa və Nigeri mənbələri bu maşınların Qəzzafinin sığınma tələbi ilə bağlı gizli görüşlər təşkil etmək üçün gəldiyini iddia ediblər. Təxminən 200-250 avtomobilin olduğu karvanın Nigeri ordusu tərəfindən ələ keçirilib. Fransaya aid hərbi qaynaqlardan biri sabiq Liviya dövlət başçısının da konvoyda ola biləcəyini bildirib.

Nigerili Tuareq partizanları dünən Qəzzafi ilə birgə 10 nəfərdən ibarət bir qrupun Nigeriyə girdiyini açıqlamışdı.

Liviya Humanitar və Siyasi İnkişaf Forumunun sədri Əli Ebuzakuk konvoyun ölkəyə girişinə icazə verən Nigerini tənqid edib. O, Nigeriyə Liviya xalqının düşmənlərinin tərəfini saxlamamağa çağırıb.

Liviya liderinin isə səhhətinin çox yaxşı olduğu bildirilib. Qəzzafinin sözçüsü Musa İbrahim televiziyada açıqlamasında “hələ güclüyük” mesajını verib.

Səidə