Qızlar göydə şərab süzəcək - Fotosessiya

qizlar-goyde-serab-suzecek-fotosessiya
Oxunma sayı: 671

“Qafqazinfo”nun məlumatına görə, bunu bu gün keçirdikləri mətbuat konfransında Tarkanın Bakıda növbəti konsertini təşkil edən W Party Qrupunun nümayəndəsi Aydan Axundova deyib. Onun sözlərinə görə, konsert 100% baş tutacaq: “Əmin ola bilərsiniz ki, Yeni il gecəsində Tarkan Bakı Expo Mərkəzində olacaq. Konsertə yüksək səviyyədə hazırlaşırıq və bu gecə qeyri-adiliyi ilə seçiləcək. Hələ Bakıda bu günə qədər belə şou olmayıb. Türkiyənin məşhur Staras şirkəti konsertin bütün texniki işlərini üzərinə götürüb. Çəngəl bıçaqdan tutmuş, salfetkalara qədər hər şey bu şirkət tərəfindən məkana gətiriləcək”.

A. Axundova Tarkanın qonorarı ilə bağlı məsələlərə də aydınlıq gətirib. Türkiyə mətbuatında Tarkanın Bakıya 1 milyon dollara gələcəyi barədə yazılanların yanlış olduğunu söyləyib: “Dəqiq məbləği sirr olduğu üçün açıqlaya bilməyəcəyəm. Amma Tarkan 1 milyon dollardan çox-çox aşağı məbləğdə qonorar alacaq”.

Gecənin aparıcısı olacaq İlkin Həsəni isə şounun qeyri-adiliklərindən danışıb. Bildirib ki, ofisiant xanımlar göydən enərək qonaqlara xidmət göstərəcəklər.

Tədbir təşkilatçıları onu da bildirdilər ki, Tarkanın 31 Dekabr Yeni il gecəsində Bakıda verəcəyi konsertə biletlərin qiyməti ayaq üstündə 100 manat, yeməklə birlikdə isə 300-500 manat arasında olacaq. Həmin gün Tarkan səhnədə 90 dəqiqə ərzində şou-proqramla çıxış edəcək. Gecədə 8-10 min tamaşaçı üçün yerlər nəzərdə tutulub.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, Tarkan Bakıdakı bir gecəsi üçün 300 min dollar qonorar alacaq.

Nigar Məmmədli