Qızlar hicabla məktəbə gələ biləcək

qizlar-hicabla-mektebe-gele-bilecek
Oxunma sayı: 646

Rusiya mətbuatında dərc olunan xəbərlərdə Lüksemburq hersoqluğunun Təhsil Nazirliyinin yeni layihə üzərində iş apardığı bildirilib.

Nazirliyin layihəsində Lüksemburq məktəblərində təhsil alan müsəlman şagirdlərin dərslərdə başı örtülü şəkildə iştirakına icazə verilməsi və digər dini tələblərin nəzərə alınacağı qeyd edilib.

Habelə, nazirliyin qızlar və oğlanlar üçün ayrı-ayrı idman dərslərinin keçirilməsinə, eləcə də məktəblərdə ibadət otaqlarının yaradılmasına icazə verə biləcəyi xəbərdə öz əksini tapıb.

Lüksemburq Təhsil Nazirliyi tərəfindən hazırlanan layihənin tanış olmaları üçün məktəb müdiriyyətlərinə təqdim olunduğu bildirilir. Hersoqluğun Təhsil naziri Madi Delvo layihənin məktəb müdirlərinin tələbinə müvafiq olaraq, hazırlandığını deyib.

azerimuslims.com