Qüdrət Həsənquliyev Təşkilat Komitəsinin sədri seçildi

qudret-hesenquliyev-teskilat-komitesinin-sedri-secildi
Oxunma sayı: 679

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda BAXCP-nin III (IV) Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi sədrinin və onun müavinlərinin, Təşkilat Komitəsi katibinin seçilməsi, Nizamnaməyə əsasən Qurultaya nümayəndələrin seçilməsilə bağlı ayrı-ayrı rayon (şəhər) təşkilatları üzrə kvotaların müəyyənləşdirilməsi, rayon (şəhər) təşkilatlarının hesabat seçki konfranslarının keçirilməsilə əlaqədar vaxtın təyin edilməsi və s. məsələlər müzakirə olunub.

Birinci məsələ ilə bağlı səsvermənin nəticələrinə əsasən, Qüdrət Həsənquliyev BAXCP-nin III (IV) Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, Söhrab Abdullayev və Elçin Mirzəbəyli onun müavinləri, Yeganə Mehdibəyli isə Təşkilat Komitəsinin katibi vəzifələrinə seçiliblər.

Daha sonra rayon (şəhər) təşkilatları üzrə Qurultaya nümayəndələrin seçilməsilə bağlı müvafiq kvota müəyyənləşdirilib.

Təşkilat Komitəsi eyni zamanda hesabat-seçki konfranslarının keçirilməsinə başlanılması ilə bağlı da qərar qəbul edib. Qərara əsasən, hesabat-seçki konfranslarının keçirilməsinə 2012-ci il martın 1-dən başlanılacaq.