Ramil Səfərovun baltası

ramil-seferovun-baltasi
Oxunma sayı: 659

Əxlaqı adam üzünə çıxmasını əngəlləyəcək birisi qalxıb Ramili “cani” adlandırdı, başqa bir gənc isə ona “qatil” dedi, bir “professor” isə lap gül vuraraq Prezident İlham Əliyevin bu vətən övladını əfv etməsinin qanunsuz olduğunu “sübut etməyə” başladı. Hələ bu azmış kimi Ermənistan mətbuatının ictimai rəyi yanıltmaq üçün ortaya atdığı “tutarqalar” Azərbaycanın bəzi yarım qafalı media qurumları, ictimai fəalları və jurnalistləri tərəfindən bəh-bəhlə tirajlandı. Bütün bunlar baş verməkdəykən sosial şəbəkələrdə gözümüzə sataşan bəzi statusları da gözdən keçirdik. Və anti ünsürlərə cavab vermək üçün fəal gənclərimizdən olan Şəhla Cabbarlı adlı Facebook dostumuzun statuslarını qələmə alıb oxuculara təqdim etmək qərarına gəldik. Beləliklə, antimilli ünsürlərə bir Azərbaycan gəncinin fikirləri ilə cavab veririk:
“Xalq Ramilin azadlığına sevinərkən bəzi siyasilər iç üzlərini göstərdilər. Nə bilim pulla alıblar, İlham Əliyev 2013 üçün xal tutur və s. kimi cəfəngiyatlar. Onlar istəyirdilər ki, Ramil Azərbaycana köçürüləndən sonra həbs dövrü yaşasın, bunlar da əllərinə bayraq alıb küçələrdə aksiya etsinlər ki, “Ramil Səfərova azadlıq!”. Alınmadı.” Doğrudan da alınmadı. Həqiqətən də Ramil həbsdə qalsaydı indi bu üzdəniraq vətənşüvənlər ona azadlıq tələbilə özlərini gündəmə sırımaq istəyəcəkdilər! Bu məsələdə Şəhla ilə razılaşmamaq mümkün deyil.

Daha bir sitat: “Belədə bizə lazım olan Ramilin azadlığı idi, onu da kim etdisə ona çox sağ ol düşür. Bu, hakimiyyətin son illərdəki ən uğurlu işidir deyərdim. Əsas olan Ramilin Bakıya dönməsi ve vətənə ayaq basmamış əfv olunması idi”. Bunu isə gənc dostumuz Prezident İlham Əliyevi Ramilin azadlığından divident götürməkdə ittiham edən siyasət dəllallarına ünvanlayıb.

“İndi Ramili cani hesab edənlər Ramilə əfv sərəncamı imzalanmasaydı mitinqlərdə plakat hazırlayıb yazacaqdılar: “Vicdan məhbusu Ramil Səfərova azadlıq!” Yanırlar ki, bu cür şüar əllərindən çıxdı.”

Vətənin və millətin mənafeyini ermənilər qədər ayaqlar altına atmağa hazır olanlara da bu gəncimizin bir cavabı var: Ramil Səfərovu qəhrəman saymayan, bayrağı, ana-bacılarımızı söyən erməni dığasına haqq qazandıran bütün ermənisifət Azərbaycan vətəndaşları. Tüpürüm sizin vicdanınıza! Qarabağda savaş olsa hamınız balaq altında gizlənəcəksiz. Sizlərin iç üzünüzü gördük. Bizə qalır ki, Ramil kimi oğulları qoruyaq”.

Başqa bir sitat: “Ramilin azadlığa çıxması çox sifətlərdəki maskaları çırdı... Həqiqi vətənpərvərlərlə həqiqi “vətənpərvərlər” çox asan tanındılar”.

Şəhla daha sonra deyir: “Böyüklərdən üzr istəyirəm. Bu yerdə ağır olsa da “eşşək nə bilir zəfəran nədir” məsəlini xatırladım. Xədicə də nə bilir vətən, bayraq, qeyrət, namus nədir?”

Bu gənc dostumuz Ramilin azadlığından rahatsızlıq keçirən ABŞ-a da sual ünvanlayır: “Ag Ev Bəxtiyar Hacıyev və bir-iki Azərbaycanın adına xələl gətirən şəxslərin azadlığa buraxılması üçün ultimatum verə bilir, Azərbaycanın qəhrəman oğlunun azadlığına narahat olur? Burdan hər şey açıq-aydın görünür ki, ABŞ Azərbaycanda demokratiya yox, münaqişə istəyir. Bəyəm Bəxtiyar Ramildən artıq oğlandır?”

Siyasi partiya rəhbərlərindən birinin, “Ramil Səfərov öz əməlinə görə, çox ciddi bir səhvinə görə kifayət qədər ciddi şəkildə cəzalanıb” fikrinə də əsl Azərbaycan gənci olan Şəhla xanım sualla aydınlıq gətirmək istəyir: “Vətəninin, bayrağının qeyrətini çəkən, erməni dığasını öldürən səhvmi edir???”

Bu cür fikirlər çağdaş texnologiyanın verdiyi imkanlar hesabına bir anda bütün dünyanı dolaşır. Artıq kimisə aldatmaq, kimdənsə yalançı vətənpərvər, siyasi xadim düzəltmək mümkün deyil. İndi hər kəs açıq şəkildə görür və anlayır ki, Azərbaycan bayrağını təhqir edən erməni itini gəbərdən Ramil Səfərovu Azərbaycana təkrar qazandıran şəxs Prezident İlham Əliyev və onun bu istiqamətdə aparılan ağıllı, düşünülmüş, ardıcıl siyasətidir. Ona görə də hər kəsə səslənmək istərdik ki, siyasi rəqabət iddialarını bir kənara qoyub bunu etiraf etsinlər. Bir gəncin fikirlərini bu yazıya qatmaqla, əslində, göstərmək istədik ki, artıq cidanı çuvalda gizlətmək heç mümkün olan deyil. Birdəfəlik anlamaq lazımdır ki, Ramilin baltası sizin deyil, düşmənin başına enib! O düşmənin ki, Azərbaycan bayrağına həqarət etməklə hər bizimizin şərəfinə həqarət etmiş olub!