Ramilə “qatil” deyənlər

ramile-qatil-deyenler-
Oxunma sayı: 739

Ramil Səfərov o insanlardandır ki, dövlətinin atributunun-xalqının heysiyyətinin təhqir olunmasına dözə bilməyib və bunu öz hərəkəti ilə sübut edib. Sübut edib ki, onun xalqını, dövlətini təhqir edəni hansı aqibət gözləyir.

Və budur, Ramil artıq əfv olunub. Öz ölkəsində, ailəsinin, xalqının yanındadır. Həbsxana illəri geridə qaldı. Ramil həyatının ən gözəl illərini qürbətdə həbsxana divarları arasında keçirdi. Bəlkə də bu illərdə o, başqa cür həyat yaşaya bilərdi. Amma yaşamadı. Vətən, millət sevgisi onu həbsxanaya apardı. Hələ bunun “ömürlük cəza çəkmək” kimi psixoloji əzabını, ana itirmək ağrısını demirəm.

Ramil həyatının əngözəl illərini həbsxanada keçirən ərəfədə çoxları çox şey etdi. Kimisi əxlaqsızlıqla məşğul oldu, kimisi varidat toplamaqla, kimisi üzdə vətənpərvər, arxada quldur olmaqla... Kimisi də Ramilin təəssübünü çəkdiyi xalqın var-dövlətini çapıb-talamaqla. Ramil isə bayrağın-xalqın-həmin adamların özlərinin, analarının, bacılarının, arvadlarının, qızlarının, nəsil-nəcabətinin qeyrətini çəkərək həbsxanada çürüməklə... İllər bir-birini qovdu. Ramil azadlığa qovuşdu. İndi həmin adamlar onların ailəsinin qeyrətini çəkərək həbsdə yatan insana “qatil”, “cinayətkar” deyirlər. Markaryanın anasının gözüyaşlı fotolarını sosial şəbəkələrdə paylaşmaqdaykən, Ramilin həsrəti ilə yaşayan, oğlunu azadlqda görməkdən dünyasını dəyişən yurd-yuvası talanmış bir ana haqda bir kəlmə belə söz açmırlar. Ramilin işığa çıxması bunların həyatını zülmətə qərq elədi. Niyə? Nə səbəbə? Onların dövlətinin-xalqının-ana-bacılarının, özlərinin qeyrətini, şərəfini qoruyan bir adama “qatil” demək hansı əxlaqa sığar? Niyə belə deyirlər, bilirsizmi? Çünki özləri bu cür etməzdilər. Həmin Qurgen Markaryan bunların özlərinə, anasına, arvadına söysə belə, üzlərini yana tutub gedərdilər. Azmıdır, günü bu gün ermənilərlə qədəh döyüşən, sağlıq deyib, şənlənən belə şərəfsizlər? Nə tez unuduldu Xocalı faciəsi? Nə tez unuduldu əsir götürülüb qarnı süngü ilə deşilən hamilə qadınlarımız, zorlanan qız-gəlinlərimiz, dəhşətli işgəncələrlə qətlə yetirilən soydaşlarımız? Sabah onların yerinə hər birimiz ola bilərik. Elə Ramilə “qatil” deyənlər də. Gərək elə bir məqamla rastlaşasız ki, gözləriniz Ramil kimi oğulları axtara??? Bəlkə onun “qatil” olduğunu fikirləşincə elə bu haqda fikirləşəsiz? Bəlkə onun azadlığa çıxmasına paxıllıq edincə, ondan kişilik dərsi öyrənəsiz?

***

Avstriyadan qonağımız gəlmişdi. Söhbət əsnasında Ramilin ermənini hansı səbəbdən qətlə yetirməsini inanılmaz insani keyfiyyətlərə xas olması ilə əlaqələndirdi. Ölkəmiz haqda məhz Ramilin bu hərəkətindən sonra daha çox maraqlandığını bildirdi. “Halal olsun!”-dedi-bayrağı təhqir edən bir insanı qətlə yetirmək qəhrəmanlıqdır...

***

Amerika siyasi xadimi Tomos Vilson yazırdı: “Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunur.” Ramil Səfərov Azərbaycanın böyük olduğunu sübut elədi. Bir az da fəxr etməyi bacaraq!!!