Braziliyada su anbarındakı faciədə ölənlərin sayı 176-ya çatdı

braziliyada-su-anbarindaki-faciede-olenlerin-sayi-176-ya-catdi
Oxunma sayı: 805

25 yanvarda Braziliyanın Brumadinyo qəsəbəsində su anbarının uçması səbəbindən itkin düşənlərdən daha 5 nəfərin cəsədi tapılıb.

“Qafqazinfo” Braziliyanın “UOL” xəbər agentliyinə istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 176-ya çatıb. İki gün öncə isə bu rəqəm 171 olaraq açıqlanmışdı.

134 nəfərin isə itkin olduğu ehtimal edilir.

Hazırda 140 xilasedici və 3 xüsusi yetişdirilmiş it axtarışları davam etdirir.