Braziliyalı ulduz Rusiyadan getdi

braziliyali-ulduz-rusiyadan-getdi
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 27 yaşlı futbolçu Braziliyanın "Flamenqo" klubuna transfer olunub. Lav "Flamenqo" ilə 2014-cü ilə qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. Moskva klubu bu keçiddən 10 milyon avro qazanıb.

ÇSKA-ya 2005-ci ildə "Palmeyras"dan transfer olunan braziliyalı futbolçu burada keçirdiyi 154 oyunda 75 qola imza atıb. 2010-cu ildə "Flamenqo"da icarə əsasında çıxış edən Vaqner yenidən Moskva klubuna qaytımışdı.

Ceyhun Əhmədov