Rəsmi Azərbaycanın mövqeyi yanlışdır

resmi-azerbaycanin-movqeyi-yanlisdir
Oxunma sayı: 660

“Qafqazinfo”ya açıqlamasında millət vəkili deyib ki, burada konkret mexanizmin olub-olmaması bizi düşündürməməlidir, əsasən Azərbaycanın bu məsələ ilə bağlı niyyətinin, iradəsinin ortaya qoyulması bizi düşündürməlidir: “Ona qalsa Xocalı soyqırımının da tanınma mexanizminin olmamasını bəhanə gətirib, heç bir təbliğat işi aparmamalıyıq. Dağlıq Qarabağın dinc yola qaytarılma mexanizminin olmamasını da bəhanə gətirib əl-qolumuzu yanımıza sallamalıyıq. Halbuki bu istiqamətdə görülən işlər yavaş-yavaş öz bəhrəsini verməkdədir. Biz ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlərə Fransanın tərəfli mövqeyini göstərən sübutlarla birlikdə rəsmi müraciət edərək bu məsələnin müzakirə olunmasına təkidlə çalışmalıyıq. Ən azı Fransanın erməniləri dəstəkləyən mövqeyinə görə bu dövlətə rəsmi etimadsızlığımızı bəyan etmək üçün bu addımın atılması vacibdir”.