“Britaniya “Skripalın işi” üzrə dəlilləri məhv edir” - Nebenzya

britaniya-skripalin-isi-uzre-delilleri-mehv-edir
Oxunma sayı: 1548

“Böyük Britaniya Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsi işi üzrə dəlilləri planlı şəkildə məhv edir”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.

“Britaniya hakimiyyəti maddi sübut və dəlillərin planlı şəkildə məhvi ilə məşğul olur. Skripalın evindəki heyvanlar məhv edilib. Görünür ki, onlardan nümunələr götürülməyib. Skripal ailəsinin olduğu yerlər təmizlənir - bar, restoran, skamya, parkın torpağı və sairə. Sadə Solsberi vətəndaşları isə heç bir şey olmamış kimi yaşamağa davam edirlər”,-deyə V.Nebenzya söyləyib.

Bundan əlavə Nebenzya vurğulayıb ki, martın 4-dən Skripal ailəsini heç kim görməyib və onların olduqları yer məlum deyil.

Qeyd edək ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsindən sonra Böyük Britaniya və Rusiya arasındakı münasibətlər pisləşib. Skripal ailəsinin zəhərlənməsində London Rusiyanı ittiham edir. Rəsmi Moskva isə bütün ittihamları qəti şəkildə rədd edir.