Rusiya və Ermənistanı geridə qoyduq

rusiya-ve-ermenistani-geride-qoyduq
Oxunma sayı: 668

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Ümumdünya bankının hazırladığı reytinq sıralamasında 155 yer üzrə 89-cu pillədə qərarlaşıb. Postsovet ölkələri arasında şərti olaraq yüklərin daşınma sürəti və qeydiyyatının keyfiyyət analizinə görə, Qazaxıstan (62) və Özbəkistan 68) ön pillələrdə dayanıb. Bu qrupda Azərbaycan 3-cü, ümumi sıralamada isə 89-cu yerdə qərarlaşıb.

Gömrük prosedurlarında ciddi dəyişikliklər edən Gürcüstan buna baxmayaraq, 93-cü pillədə yer alıb.

Virtual reytinq real kommunikasiyalrın vəziyyəti ilə bağlı tam obyektivliyin kriteriyası olmasa da vəziyyət haqqında ümumi məlumat və müqayisəli analiz üçün əsas verə biləcəyi qeyd olunur.

Azərbaycan tranzist və yüklərin yüklənmə və boşaldılması üzrə Cənubi Qafqazda lider ölkə seçilib. Ümumdünya bankının ekspertlərinin rəyinə görə, Azərbaycan daha çox gömrük prosedurlarının keyfiyyəti sahəsində (4 baldan 2.14) çətinliklər yaşayır və bu kateqoriyada Rusiya ilə eyni vəziyyətdədir.

Sonuncu punk – yüklərin keçid vaxtı- reytinq tərtibçilərinin fikrincə açar hesab edilir. Yükləmə və boşaltma işlərinə və yüklərin keçid vaxtına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ən yaxşı nəticələri göstərib.

Beləliklə də, Azərbaycan Rusiya, Gürcüstan, Ermənistan və Ukraynanı qabaqlayaraq 89-cu yerdə qərar tutub.

Səidə