Saakaşvili Facebookda

saakasvili-facebookda-
Oxunma sayı: 655

Burada Gürcüstan prezidenti öz fotolarını da yerləşdirib. Şəxsi məlumatlar bölməsində ölkə başçısının anadan oduğu tarix və yer, eləcə də tutduğu vəzifə yer alır.

Səhifədə siyasi baxışlarla bağlı məlumatda deyilir ki, səhifənin sahibi çox liberaldı, dini mənsubiyyət bölməsində isə onun provaslav xaçpərəst olduğu qeyd edilib. Bundan başqa, səhifədə Saakaşvilinin fəaliyyəni əks etdirən digər mətn və foto-video materiallar yer alır.

Qeyd edək ki, bundan əvvəl də dəfələrlə Gürcüstan prezidentinin "Facebook"da səhifə açdığı bildirirsə də, bir həftə öncə Saakaşvilinin mətbuat xidmətinin nümayəndəsi Manana Mancqaladze bəyan etmişdi ki, prezident "Facebook"da yoxdur. Bu dəfə isə onun sosial şəbəkədə səhifə açması rəsmən təsdiqlənib.

Onu da əlavə edək ki, səhifə açılar-açılmaz haker hücumuna məruz qalıb. Lakin, bir neçə saatdan sonra səhifənin fəaliyyəti bərpa olunub.