Saakaşvilinin Bakı çıxışına Rusiyadan Reaksiya

saakasvilinin-baki-cixisina-rusiyadan-reaksiya
Oxunma sayı: 640

Rusiya XİN Mixail Saakaşvilini Azərbaycan parlamentində səsləndirdiyi fikirlərə görə tənqid edib. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Rusiya XİN-i Gürcüstan prezidentinin çıxışını “əlaqəsiz cəfəngiyyat” adlandırıb və bu çıxış üçün Azərbaycan parlamentinin tribunasında yer ayrılmasından məyusluğunu ifadə edib. Bu barədə Rusiya XİN-nin İnformasiya və Mətbuat Departamentinin direktor müavini M.V.Zaxarovun bəyanatında deyilir.

Rusiyanın diplomatik əlaqələr və viza rejiminin ləğv edilməsi ilə bağlı təklifinə Gürcüstan tərəfinin reaksiyasına şərh verən Zaxarov Saakaşvilinin Azərbaycan parlamentindəki çıxışına xüsusi diqqət ayırıb: “Bizim ölkəyə və onun vətəndaşlarına əsl münasibət cənab Saakaşvilinin bu yaxınlarda Bakıdakı çıxışında dəqiqliyi ilə ifadə olundu. Gürcüstan prezidentinə xas maniakal düşmənçilik və şəxsi böyüklüyünün maniyası ilə birgə post sovet ölkələrinin bütün xalqlarına Rusiya ilə mübarizə aparmaq üçün birləşmək” çağırışı ilə nəticələndi. Həqiqətən təəssüf edirəm ki, bu cəfəngiyata görə bizə dost olan ölkənin parlament tribunası təqdim olundu”.

Sonda isə Zaxarov qeyd edib ki, Rusiya tərəfi rəsmi Tiflisin düşmənçiliyinə və onun təbliğat manevrlərinə baxmayaraq, gürcü-rus əlaqələrinin normallaşdırılmasına yönələn istənilən konstruktiv addımlara açıq olaraq qalır.

Səidə