Sabah sulu qar yağacağı gözlənilir

sabah-sulu-qar-yagacagi-gozlenilir
Oxunma sayı: 700

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, güclü şimal-qərb küləyi əsəcək. Temperaturun anomal gedişi gözlənilir. Gecə və səhər 1-3 dərəcə isti, gündüz və axşam 0-2 dərəcə şaxta olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə və gündüz 3-8 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.