Sabirabadda daha bir cəhd

sabirabadda-daha-bir-cehd
Oxunma sayı: 683

Qərargahın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Sabirabad rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış rayon mərkəzindəki “Nurgül” Şadlıq Sarayında keçiriləcək görüşdə sakinlərlə yanaşı müvafiq dövlət qurumlarının, o cümlədən Fövqəladə Hallar Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC- nin nümayəndələrinin, eləcə də QHT və KİV təmsilçilərinin iştirakı gözlənilir.

Toplantıda 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, mövcud problemlər, qarşıda duran vəzifələr müzakirə olunacaq.

Xatırladaq ki, Saatlı və Sabirabad rayonunun daşqınların təsirinə məruz qalmış sakinləri bir neçə gün öncə fevral ayının 24- də etiraz aksiyası keçirmək istəyirdilər. Fevral ayının 28-ə “Kür” Cəmiyyəti ilə sakinlərin görüşünə Sabirabad RİH- nin razılıq verməsi və yer ayırması aksiyanın təxirə salınmasına səbəb oldu. Hazırda sakinlər sözü gedən görüşə hazırlaşırlar. Nəzərdə tutulan görüşün baş tutması ilə bağlı xəbərləri mətbuatdan əldən edən qonşu rayonların, o cümlədən Saatlı, İmişli, Şirvan, Hacıqabul və s. rayonların yerli sakinləri “Kür” Qərargahına müraciət edərək görüşdə iştirak etmək istədiklərini bildirirlər.

Sabirabaddan aldığımız məlumata görə 24 fevral aksiyasının təxirə salınmasına baxmayaraq rayona və ətraf kəndlərə polisin aktiv nəzarəti hiss olunur.