Səfirimiz İran Xarici İşlər Nazirliyinə çağırıldı

sefirimiz-iran-xarici-isler-nazirliyine-cagirildi
Oxunma sayı: 644

APA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə İran XİN-i etirazını bildirərək Azərbaycan tərəfinin bütün ittihamlarını rədd edib. Bildirilib ki, Azərbaycanın hərəkətləri Naxçıvanda bağlanan üç tərəfli sazişə və iki ölkənin müdafiə nazirlərinin imzaladığı razılaşmaya ziddir.
Qeyd olunub ki, “sionist təşkilatlar başqa ölkələrdə də oxşar ittihamları İrana qarşı irəli sürülməsinə təşəbbüs göstərirlər”.
Öz növbəsində Cavanşir Axundov bildirib ki, Azərbaycan İranla əməkdaşlığın genişlənməsində maraqlıdır. O, Tehranın rəsmi mövqeyini Azərbaycan hökumətinə çatdıracağını deyib.