Şəkər bayramı keçirilib - Fotosessiya

seker-bayrami-kecirilib-fotosessiya
Oxunma sayı: 684

“Qafqazinfo”nun məlumatına görə, ümummilli lider Heydər Əliyevin İmişli şəhərindəki abidəsi ziyarət olunduqdan sonra, yüksək məhsuldarlıq əldə edən 379 mülkiyyətçinin hər birinə 50-100 kiloqram olmaqla ümumilikdə 20 ton şəkər tozu hədiyyə olunub. Mərasimdə çıxış edən mülkiyyətçilər onlar üçün yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, zavod tərəfindən şəkər çuğundurunun qəbul qiymətləri artırılaraq tonu 48 manata qaldırılıb. Nəticədə mülkiyyətçilər hər hektardan 1300-2000 manat arasında təmiz gəlir əldə edirlər. Bu da bu sahəyə olan marağı artırmaqdadır.
2011-ci ildə 3000- nəfərə qədər torpaq mülkiyyətçisi ilə istehsal müqaviləsi bağlanıb və 5500 hektar ərazidə şəkər çuğunduru əkilib. Bu sahələrdən 850 hektarı cəbhə xəttində yerləşir. Bu da düşmənlə təmas xəttində yaşayan insanların məşğulluğuna şərait yaradır. Zavod şəkər istehsalı üçün tələb olunan xammal ehtiyatlarını daxili imkanlar hesabına artırmaq məqsədilə tədbirləri bundan sonra da davam etdirəcək.

Nigar Məmmədli