Şəmsəddin Hacıyevdən nümunəvi addım

semseddin-haciyevden-numunevi-addim-
Oxunma sayı: 636

Baş verən hadisəyə narazılıq edən tələbələrdən biri rektor Şəmsəddin Hacıyevə imtahanlara pul yığılması ilə bağlı şikayət məktubu yazıb. Məktubu alan Ş. Hacıyev dərhal sözügedən fakultədə imtahan prosesinə nəzarətə başlayıb. Rektor müşahidələrindən sonra auditoriyaya daxil olaraq prosesə müdaxilə edib və imtahanlara pul verən tələbələrin pulları qaytarılıb. Bundan sonra Ş. Hacıyev bütün starostaları çağıraraq söhbət edib. Tapşırıb ki, hər hansı belə fakta görə dərhal ona məlumat versinlər. Rektorun həmçinin bir neçə müəllimi buna görə cəzalandırdığı da deyilir.