Sevgilisini döyərək saçını kəsən oğlanı kim azad etdi? - Video

sevgilisini-doyerek-sacini-kesen-oglani-kim-azad-etdi-video
Oxunma sayı: 684

Həmin videoda oğlan sevgilisini bir tərəfdən döyürdü, digər tərəfdən isə “qəhrəman”lığını videoya çəkirdi. Qız isə onun iki illik sevgilisi idi. Bununla hirsi soyumayan oğlan daha sonra qızın saçını kəsərək keçəl etmişdi.

Videoda qızın etmə, çəkmə kimi yalvarışları da eşidilirdi. Həmçinin kadrlardan gördük ki, həmin şəxslər həbs olunub.

Yenidən bu xəbərə qayıtmağımızın səbəbi isə dünən ANS-də “Hesabat” proqramında yayımlanan reportaj idi. Reportajda sözügedən şəxsin-26 yaşlı Cahangir Dövlətovun azad olunduğu qeyd olunub: “Bu reportajı əslində mən ötən “Hesabat” üçün hazırlamışdım. İş elə gətirdi ki, efirə verməyi lazım bilmədim. Deyəsən səbəb səbəbkarın həbs edilməsi idi. Amma 3 gün əvvəl eşitdiyim xəbər məni mövzuya yenidən qaytardı. Cib telefonuma zəng vuran xanım zərərçəkmiş qızın bacısı idi. Həyəcandan titrəyən səsindən onun necə qorxduğu aydın idi. Xanım qız həmin hadisəni işıqlandırdığımıza görə təşəkkür etdi və mən elə borcumuz, hər bir vicdanlı adamın, televiziya kanalının bu hadisəyə biganə qalmamalı olduğu barədə danışmağa standart cavaba hazırlaşırdım ki, qulaqlarıma inanmadım. Qız dedi ki, polis həmin bu şəxsi yaxalayaraq Binəqədi prokurorluğuna təhvil verib. Amma ən dəhşətlisi də elə bundan sonra baş verib. Həmin qeyrət bərbərini prokurorluq kifayət qədər səbəb tapmadığından buraxmalı olub. Bu da hələ hamısı deyil. Həmin qeyrət bərbəri buraxılandan sonra yenidən həmin nömrəyə zəng vuraraq qızı, onun bacısını hədələyib və hətta yeni tənbeh növlərinə əl atacağını deyib. Biz bu müraciətdən sonra xəbərin doğru olduğunu öyrəndik. Ardınca Baş Prokurorluğa müraciət etdik və mənim bildiyimə görə artıq bir sıra tədbirlər görülüb, amma bizdə həmin qeyrət bərbərinin həbsdə olduğu barədə hər hansı məlumat yoxdur. İnanmaq istəyirəm ki, axtarılır”.

Həmin videonu bir daha təqdim edirik...