Taksimdə Qurana sayğı mitinqi keçiriləcək

taksimde-qurana-saygi-mitinqi-kecirilecek
Oxunma sayı: 655

Deyerler.org-un məlumatına görə, mitinq Əfqanıstandakı Bəhram hərbi hava bazasında işğalçı əsgərlərinin Qurani-Kərimləri yandırmasına etiraz olaraq keçiriləcək. Hadisə İslam dünyasında böyük etirazlarla qarşılanıb, Əfqanıstanda günlərlə davam edən etiraz mitinqlərində 30-dan artıq əfqan həlak olub, yüzlərlə insan yaralanıb.

Qurana Sayğı Platforması İstanbulda bir sıra fəal vətəndaş cəmiyyəti qurumları tərəfindən təsis edilib. Platformadan verilən açıqlamada bildirilir ki, saat 20:30-da Taksim Meydanında başlayacaq etiraz aksiyasında müqəddəs Qurani-Kərim və məşəllərlə birlikdə "Qalatasaray" liseyinin qarşısına qədər yürüş ediləcəyi və burada mətbuat üçün bəyanat oxunacağı ifadə edilir.