Tansu Çillər gəlininə uduzdu

tansu-ciller-gelinine-uduzdu
Oxunma sayı: 682

Türkiyənin keçmiş baş nazir Tansu Çillər gəlininə açdığı təzminat davasında uduzub. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, sabiq baş nazirin gəlini Eda Çillerə onun əleyhinə qəzetlərdə xəbərlər verdiyinə görə açdığı 75 min TL-lik təzminat davası rədd edilib.

Qeyd edək ki, 2009-cu ildə ailə quran cütlük qısa müddətdən sonra boşanıblar. Çillerin gəlini ərindən və qayınanasından şikayətçi olaraq məhkəməyə müraciət edib. Eda, Berk Uçuran Çillerin spirtli içkilərlə bağlı probleminin olduğunu əsas gətirərək onu evdən uzaqlaşdırılmasını tələb etmişdi.


Səidə