Tələbələrə silahlı hücum oldu, ölənlər var

telebelere-silahli-hucum-oldu-olenler-var
Oxunma sayı: 656

Polisin verdiyi məlumata görə, silahlı şəxsin atəş açması nəticəsində 3 nəfər tələbə öldürülüb, 3 nəfər isə yaralanıb.

Yaralılardan biri başından güllə yarası aldığı üçün vəziyyəti ağır kimi qiymətləndirilir. Polis tələbələrdən birinin sözlərinə əsasən, hadisədən bir qədər əvvəl bir qrup tələbənin qız üstündə bir-biriləri ilə dava etdiklərini bildirib.

Məlumata görə, dava Universitetin amerikan futbolu tələbələri ilə komandanın sabiq üzvləri arasında baş verib. Polis atəş açan şəxsin Desmont Leonard adlı şəxs olduğunu müəyynələşdirib. Hazırda onun axtarışı davam edir.

anspress