“Texnikabank” İstanbulda – Azərbaycanda ilk

texnikabank-istanbulda-azerbaycanda-ilk-
Oxunma sayı: 759

Bu barədə məlumat “Qafqazinfo”ya “Texnikabank” ASC-dən daxil olub. Məlumata görə, bankın Türkiyə nümayəndəliyinin açılması Türkiyə bankları ilə daha sıx əməkdaşlığın yaradılması və maliyyə əməliyyatlarının aparılması istiqamətində daha geniş imkanların əldə edilməsinə zəmin yaradır. Texnikabank artıq hər iki ölkənin, istər Azərbaycan, istərsə də Türkiyə bazarlarında fəaliyyət göstərən şirkətlərinə öz məhsullarını təklif edir və bütün növ bank xidmətləri göstərir.

Bankın strateji planında struktur bölmələrinin genişləndirilməsi prioritet hesab olunur. Beləki, Türkiyə bazarı ilə yanaşı daha iki ölkənin – Rusiya və BƏƏ-nin bank bazarına çıxmaq, müvafiq olaraq Moskva və Dubayda nümayəndəliyin açılması planlaşdırılır.

Xatırladaq ki, “Texnikabank” ASC 1993-cü ildə təsis olunmuş və hal-hazırda ölkənin bank sektorunda əsas göstəricilərə görə ilk beşlikdə qərarlaşmışdır.