Tolqa Korellə yaxalanan qızın kimliyi açıqlandı

tolqa-korelle-yaxalanan-qizin-kimliyi-aciqlandi
Oxunma sayı: 646

Ü. Hadıyevin “Qafqazinfo”ya verdiyi məlumata görə, Türkiyənin Sabah qəzetində Tolqanın avtomobilində digər xanımla yaxalanması barədə dərc olunan məlumat türk mediası ilə yanaşı Azərbaycanda da səs-soraqla qarşılanıb: “Türk jurnalistlərinin hər şeyi şişirtməsi, həmçinin oyunçuları və müğənniləri dostları ilə yaxaladığı vaxt sevgili kimi qələmə verməsi adət halını alıb. Bu hadisəyə gəlincə, Tolqa həftə sonu TRT kanalında yayımlanacaq "Sirr kanunu" serialının yaradıcı qrupuyla yemək yeyib restorandan ayrılarkən paparazzilərin obyektivinə yaxalanıb. Serialda iki obrazı canlandıracaq Tolqayla şəkli çəkilən qız isə sözugedən serialın rejissoru Ezer Akayın asisstenti Melodidir. Həmin yeməyi də Melodi təşkil edib və görüşdə serialın pərdəarxası məqamları müzakirə olunub”.

Qeyd edək ki, türk mətbuatında yayılmış xəbər Tolqa Karelden hamilə olan Günay Musayevanın da yaxından tanıdığı Melisanı şoka salıb. Günay isə həyat yoldaşına inandığını və uşağın məhz Tolqanın təkidi ilə dünyaya gələcəyini bildirib.

Nigar