Türk Maradona pərəstişkarları heyrətə saldı

turk-maradona-perestiskarlari-heyrete-saldi-
Oxunma sayı: 645

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, “Napoli” tərəfdarları “məşhur futbolçu” ilə şəkillər çəkdirib, ondan avtoqraf alıblar. Lakin pərəstişkarların çoşqusu ilə qaşılanan bu şəxs argentinalı futbol ulduzu Maradona deyil, Almaniyada yaşayan türk Əbdülqadir Atıcı olub. İsgəndərunda anadan olmuş Atıcı, Maradona kimi kostyum geyinib, qalstuk bağlayıb.