Türkiyədən Portuqaliyaya futbol dərsi - Video

turkiyeden-portuqaliyaya-futbol-dersi-video
Oxunma sayı: 675

“Qafqazinfo”nun məlumatına görə, Lissabonda baş tutan qarşılaşma ağ ulduzların 3:1 hesabllı qələbəsi ilə başa çatıb.

Hesabı Türkiyə yığması 34-cü dəqiqədə Umut Bulutun qolu ilə açıb və bu qol birinci hissənin yeganə qolu olub.

52-ci dəqiqədə Umut Bulut fərqi iki topa çatdırıb. Bundan 5 dəqiqə sonra portuqaliyalılar Naninin qolu ilə hesab arasındakı fərqi azaldıblar.

Portuqaliya millisinin hesabı bərabərləşdirmək üçün şansı yaransa da, məşhur futbolçu Kriştian Ronaldo penalti zərbəsini dəqiq yerinə yetirməyib və topu qapıçı Volkanın üzərinə vurub.

Türkiyə millisi hesab arasındakı fərqi daha da artıraraq iki topa çatdırıb. Sonuncu qolun müəllifi portuqal Pepe olsa da, hesab ağ ulduzlara yazılıb. Çünki Pepe topu öz qapısından keçirib - 3:1.