Türkiyəni lezbiyanların hüququnu pozmaqda ittiham etdi

turkiyeni-lezbiyanlarin-huququnu-pozmaqda-ittiham-etdi
Oxunma sayı: 658

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aparıcı Banu Güvən Almaniyanın Essen şəhərində təşkil olunan “Ruhr Kitab Sərgisi” çərçivəsində “Türkiyədə mətbuat və söz azadlığı” mövzusunda çıxış edərkən Türkiyədə söz azadlığı və müstəqil mətbuatın olmadığını deyib.

“Yuxarıdan mediaya güclü təzyiqlər edilir. Türkiyədə demokratiyadan bəh-bəhlə danışırlar. Əslində isə avtoritar bir iqtidar hökm sürür. Belə bir ölkənin Ərəb ölkələrinə nümunə göstərilməsi çox absurddur. Mən burdan o Ərəb ölkələrinə səslənirəm: “Yaxşı düşünün””.

Aparıcı Türkiyədə kürd məsələsi ilə yanaşı, lezbiyanların televiziyaya buraxılmamasının da problem yaratdığını bildirib.