Türkiyənin Azərbaycandakı səfirliyi bəyanat yaydı – Mətn

turkiyenin-azerbaycandaki-sefirliyi-beyanat-yaydi-metn
Oxunma sayı: 688

Səfirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, səfirlik bu insan hüquqlarına, söz və fikir azaldığına, ayrıca, Fransanın daima özünü ən böyük müdafiəçisi olaraq təqdim etdiyi ümumbəşəri dəyərlərə tamamilə zidd olan bir addım kimi qiymətləndirib. Səfir fransız siyasətçilərini tarixçi rolunda çıxış etmək və Türk tarixini mühakimə etməklə hədlərini aşdığını bəyan edib: “Bu qərar Türk Millətinə və tarixçilərə qarşı edilən bir hörmətsizlikdir. Bu qərar Fransanı geriyə, 1789-cu il Fransız İnqilabının öncəsinə atmışdır. Bəzi Fransız senatorların seçkilərə hesablanan və bunun uğrunda özlərini “qapalı dairənin” içində həbs etdiklərini görməməsi təəssüf hissi doğurur”.

Səfir qanunun BMT-nin İnsan Hüquqlarının Ümumi Deklarasiyası, Avropa İnsan Hüquqları Konvensiyası və Fransa Konstitusiyasının müvafiq müddəalarını pozduğunu qeyd edib: “Tarixçi olmayan bəzi Fransız senatorların, yüz il bundan əvvəl baş verən və isbat edilməyən bir hadisəni inkar edənlərin cəzalandırılmasına səs verməsi, yenə də tarixi, elmi mərkəzlərdən çıxararaq siyasətə həvalə etməsi düşündürücüdür. Qərarın lehinə səs verən siyasətçilərin bu əməli tarixə qarşı cinayətdir. Səlahiyyətlərini aşan bu siyasətçilər, hadisələrin bundan sonrakı inkişafına görə məsuliyyət daşıyacaq”.

“Yaddaşdan heç vaxt silinməyəcək 20 il əvvəl baş verən Xocalı Faciəsinə - Qətliamına göz yuman bəzi Fransız idarəçilərin Birinci Dünya müharibəsi vaxtı, bir əsr əvvəl baş verən hadisələr barədə yalanları gündəmə gətirərək siyasi dividendlər əldə etməyə çalışması, dərin kökləri olan keçmişi və ənənələri ilə tanınan Fransanın siyasət qurumuna silinməz bir ləkə salmışdır”.
Səfir qərarın Türkiyə ilə Ermənistan, həmçinin Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə mənfi təsir göstərəcək, xalqlar arasında kin, nifrət və düşmənçilik hisslərini gücləndirəcəyini əlavə edib: “Fransanın dəyərlərinə və Fransa Xalqının mənafelərinə zidd olan, məhdud sayda siyasətçinin bəsit hesablarına və oyunlarına xidmət edəcək bu qanun, xalqlar arasındakı münasibətlərə xələl gətirəcək”.
Səfir həmçinin Türkiyənin atacağı addımlara qardaş Azərbaycanın dəstəyinin davam etməsini arzu etdiyini deyib.