Bu dəfə Qaxda ağac kəsənə - Cinayət işi açıldı

bu-defe-qaxda-agac-kesene
Oxunma sayı: 654

Qax rayonunda qanunsuz ağac kəsməyə görə cinayət işi başladılıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, rayonunun İbaxlı kəndi ərazisində qovaq cinsli 108 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə 42.790 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsindən daxil olan material Qax rayon prokurorluğunda araşdırılıb.

İlkin araşdırmalarla rayonun İbaxlı kəndi ərazisində Əlibəyli bələdiyyəsinin mülkiyyətində olan kənarları çəpərlənərək mühafizə olunmuş ərazidə qovaq cinsinə məxsus 108 ədəd ağacın həmin kəndin sakini Əhmədov Bəlyar Əliyar oğlu tərəfindən külli miqdarda ziyan vurmaqla qanunsuz kəsilməsi müəyyən edilib.

Faktla bağlı Qax rayon prokurorluğunda 22 iyul 2017-ci il tarixdə Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması aidiyyəti üzrə Qax rayon Polis Şöbəsinin İstintaq qrupuna tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Murad Əhməd