Bu dəfə şirkət “GRBS”ni məhkəməyə verdi

bu-defe-sirket-grbsni-mehkemeye-verdi
Oxunma sayı: 671

Azərbaycanda havalandırma sistemlərinin qurulması ilə məşğul olan “Sənaye Ventilyasiya” MMC tədriz mərkəzi olan “GRBS İnternational Training Centre” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şirkət tədris mərkəzindən görülən işlərə görə ödənişin edilməsini tələb edib.

1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin qərarı ilə iddia qismən təmin edilib və “GRBS”in “Sənaye Ventilyasiya”ya pul ödəməli olduğuna qərar verilib.

Cavabdeh tərəf qərardah apellyasiya şikayəti verib və iş icraata götürülüb. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun sədrliyi ilə mayın 26-da davam etdiriləcək.

Qeyd edək ki, bundan öncə də “GRBS”in müəllimi Arpana Laute tədris mərkəzini məhkəməyə verərək oan ödənilməli olan əmək haqqısını tələb edib və məhkəməni udub.

Murad Əhməd