“Bu əhəmiyyətli hadisə oldu”

bu-ehemiyyetli-hadise-oldu
Oxunma sayı: 676

“Qafqazinfo”nun məlumatına görə, bunu yap.org.az saytına YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib. S. Orucov bildirib ki, gəncliyin inkişafı, onların problemlərinin həlli və perspektivdə atılacaq addımlar dövlətimizin bu təbəqəyə olan xüsusi diqqətin nümunəsidir. YAP Gənclər Birliyinin sədri Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında Bakıda Gənclər Mərkəzinin və regionlarda “Gənclər evləri”nin inşa edilməsi, Gənclər Fondunun yaradılması, gənclərin asudə vaxtının təşkili, gənclərin məşğulluğunun təmin edilməsi və s. işlərin görülməsinin nəzərdə tutulduğunu vurğulayıb.

S. Orucov bu proqramın hər bir gəncin fərdi inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayıb. Onun fikrincə, bu proqram bir daha ölkəmizin başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir.