“Bu eqo deyil, özünə hörmətdi”

bu-eqo-deyil-ozune-hormetdi
Oxunma sayı: 2081

“Təəssüf ki, dünyada qadın olmaq çox çətindir. Bizim fiziki gücümüz zəifdir, bunu etiraf edirəm, amma iradəmizlə, səbrimizlə çoxlarına nümunə ola bilərik”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Günay İbrahimli instaqramda yazıb. 

Gənc müğənni 900 minlik instaqram səhifəsindən bütün xanımlara müraciət edib:

“Qadın özünə olan sevgi və hörmət arasında seçim etmək istərsə, hörməti seçməlidir. Bu gec, ya tez qarşınızdakı insanda da sizə qarşı hörmət oyandıracaq.

Sözümün canı odur ki, qadın olmağınızla fəxr edin, özünüzə dəyər verin, özünüzü sevin, özünüzlə fəxr edin. Bu eqo deyil, özünə hörmətdi”.