Bu fotolarını ilk dəfə paylaşdı...

bu-fotolarini-ilk-defe-paylasdi
Oxunma sayı: 3838

Türkiyəli pop ulduz Hadisə arxiv “Eurovision” fotoları ilə gündəmə gəlib. “Qafqazinfo” xəbər verir ki, 2009-cu ildə Moskvada keçirilən yarışmada ölkəsini “Dum tek tek” mahnısı ilə təmsil edən sənətçi heç yerdə paylaşmadığı şəkillərini instaqramda yayıb. 

O, görüntülərə belə rəy verib: “10 il əvvəl ölkəmi “Eurovision”da qürurla təmsil etdim və bu həyəcanı yaşadım. Üstündən 10 il keçdiyinə inanmıram. Bu günədək heç yerdə paylaşmadığım fotolarımı sizə təqdim edirəm”. 

Qeyd edək ki, Hadisə sözügedən mahnı ilə beynəlxalq layihədə 4-cü olmuşdu.